Mobil qurğuların qeydiyyatı üçün yeni rüsumlar qüvvəyə mindi | 1news.az | Xəbərlər
İqtisadiyyat

Mobil qurğuların qeydiyyatı üçün yeni rüsumlar qüvvəyə mindi

13:45 - 13 / 08 / 2018
Mobil qurğuların qeydiyyatı üçün yeni rüsumlar qüvvəyə mindi

Avqustun 13-dən, yəni, bu gündən başlayaraq mobil qurğuların IMEI kodlarının qeydiyyata alınması üçün yeni dövlət rüsumları qüvvəyə minir.

1news.az bildirir ki, bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Müsahibin sözlərinə görə, hazırda sistemin yenilənməsi üzrə profilaktik işlər aparılır və bu işlər bir neçə gün ərzində başa çatacaq:

"Sistemin texniki yenilənməsindən sonra yeni rüsumlar barədə istifadəçi məlumatları, eləcə də bütün zəruri informasiya həm "imei.az" saytında, həm də "e-GovPay" terminallarında yerləşdiriləcək. Bu terminallar vasitəsilə həmçinin mobil qurğuların IMEI kodlarını qeydiyyatdan keçirmək mümkün olacaq. Bundan başqa, bütün zəruri məlumatları poçt şöbələrindən də əldə etmək olar".

Qeyd edək ki, Nazirlər Kabineti tərəfindən "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" təsdiq edilib.

Satış və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınması da dövlət rüsumu tutulan hallara əlavə olunur.

Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat, 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat, 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda - 60 manat, 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat, 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda - 100 manat, 1001 ABŞ dollarından yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.

1news.az

Paylaş:
814

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər