Bakıda “Bibi” ləqəbli narkotacir tutuldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “Bibi” ləqəbli narkotacir tutuldu - FOTO

17:00 - 29 / 08 / 2018
Bakıda “Bibi” ləqəbli narkotacir tutuldu - FOTO

Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, daxil olan məlumat əsasında keçirilən əməliyyat nəticəsində paytaxt sakini əvvəllər məhkum olunmuş İmran İsgəndərov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman iki büküm heroin və psixotrop maddə olan “midraks-tropikamin” aşkar olunaraq götürülüb. Saxlanılan şəxs  heroini Nəsimi rayon “Kubinka” adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan “Bibi” ləqəbli şəxsdən aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq polis əməkdaşları tərəfindən İ.İsgəndərova narkotik vasitələri satmaqda şübhəli bilinən Nəsimi rayon sakini Sənubər Lütfəliyeva də saxlanılıb.

Onun üzərinə baxış keçirilən zaman ümumi çəkisi 14,275 qram olan 43 büküm heroin aşkar edilərək götürülüb. S.Lütfəliyeva ifadəsində bir müddətdir ki, narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

S.Xankişiyeva

 

Paylaş:
738

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər