“APA Holding”in fəaliyyəti tamamilə dayandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

 “APA Holding”in fəaliyyəti tamamilə dayandırıldı

15:02 - 30 / 08 / 2018
 “APA Holding”in fəaliyyəti tamamilə dayandırıldı

“APA Holding” MMC-nin fəaliyyəti tamamilə dayandırılıb.

Bu barədə holdinqin prezidenti Vüsalə Mahirqızı Facebook səhifəsində qeyd edib.

Qeyd edək ki, avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı ilə bağlı APA agentliyi öz reportajında ciddi təhrifə yol vermişdi. Bundan sonra agentlik vəziyyətin araşdırılması üçün fəaliyyətini dayandırmışdı.

“APA Holdinq”in tərkibinə daxil olan digər saytlara da giriş məhdudlaşdırılıb.

S.Xankişiyeva

 

 

Paylaş:
1020

Son xəbərlər

Bütün xəbərlər