Şəkidə azərbaycanlı və iranlı qızılaxtaranlar saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə azərbaycanlı və iranlı qızılaxtaranlar saxlanılıb

15:32 - 30 / 08 / 2018
Şəkidə azərbaycanlı və iranlı qızılaxtaranlar saxlanılıb

Şəkidə qızıl çıxarmaq üçün yeri qazan İran və Azərbaycan vətəndaşları saxlanılıb.

1news.az-a Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Bakı şəhər sakini Sahil Abuşov, İran İslam Respublikasının vətəndaşı Ranjbarnader Hossein və Sumqayıt şəhər sakini Namiq Şahmalıyev Şəki rayonunun Daşüz kəndində “Səbətli” deyilən ərazidə qızıl-zinət və digər qiymətli əşyalar axtarmaq məqsədi ilə qanunsuz olaraq qazıntı işləri aparmaq qərarına gəliblər.

Asan olsun deyə, S.Abuşov tanışı, rayonun Qayabaşı kənd sakini Mübariz Zeynalovla əlaqə saxlayaraq ona əvvəlcədən müəyyən etdikləri ərazidə yerləşən fermada cari təsərrüfat işləri ilə əlaqədar traktor lazım olduğunu bildirib. M. Zeynalov da Novruz Mənəfovun vasitəçiliyi ilə Qax rayonu Qaşqaçay kənd sakini Nicat Qurbanov ilə danışıqlar aparıb, Daşüz kəndində “Səbətli” adlanan ərazidə traktora ehtiyac olduğunu bildirib. Daha sonra S.Abuşov həmin əraziyə gələn traktorun sürücüsündən əvvəlcədən müəyyən etdikləri ərazini qazmağı xahiş edib.

Elə qazıntı işləri gedərkən daxil olmuş məlumat əsasında Şəki Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) əməkdaşları həmin əraziyə gedib və onları elə iş başında yaxalayıblar. Etdikləri əməldən boyun qaçırmaq istəyən şəxslər polisə müqavimət göstərərək məsuliyyətdən yayınmağa cəhd ediblər. Onlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

S.Xankişiyeva

 

Paylaş:
693

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər