“Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi uğurla yekunlaşıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi uğurla yekunlaşıb

16:52 - 31 / 08 / 2018
“Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi uğurla yekunlaşıb

“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi çərçivəsində “Azərbaycanın turizm potensialının internet vasitəsilə təbliği” adlı kitabça çap edilib.

Birliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, kitabçada adıçəkilən layihə çərçivəsində keçirilmiş tədbirlər, layihənin icrası nəticəsində əldə edilmiş ideyalar və eləcə də layihənin mövzusu ilə bağlı məsələlərə analitik baxışlar əksini tapıb. Bir sıra ekspertlərin Azərbaycan turizminin internet vasitəsilə təbliği barədə fikirlərini əks etdirən kitabçanın yeni media və turizm sahələri üzrə ekspertlər, diaspor nümayəndələri, habelə gənclər təşkilatları və QHT-lər, eləcə də müvafiq qurumlar arasında paylanması nəzərdə tutulub.

Qeyd edək ki, kitabçanın çap edilməsi ilə “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsi uğurla yekunlaşıb. Layihə çərçivəsində kitabça çapı ilə yanaşı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak”, “Xarici internet mediada Azərbaycan turizminin təbliğinə həsr edilmiş kəsərli məqalələrlə çıxış”, “Azərbaycan turizminin təbliği naminə effektli bloqçuluq”, həmçinin İsmayıllıda “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” mövzularında 4 müxtəlif təlim keçirilib.

Təlimlər əsasən, ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, sosial şəbəkələrdə aktiv və ya “vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq məqsədilə keçirilib. Təlimlərdə gənclərə Azərbaycan turizminin dünyada təqdimatı mövzusunda məlumat verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə effektiv statuslarla çıxış etmək qaydaları aşılanıb.

Təlimləri bitirmiş gənclərə sertifikatlar verilib. Bundan əlavə, layihə çərçivəsində “Yenimedia.info” saytı bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilib və ekspert açıqlamaları ilə yenilənməkdədir.

1news.az

Paylaş:
460

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər