Evli qadını intim videoları ilə şantaj edən şəxsin məhkəməsi başlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Evli qadını intim videoları ilə şantaj edən şəxsin məhkəməsi başlayıb

15:15 - 03 / 09 / 2018
Evli qadını intim videoları ilə şantaj edən şəxsin məhkəməsi başlayıb

Qaradağ rayon Məhkəməsində evli qadını şantaj edib pulunu alan şəxsin məhkəməsi başlayıb.

1news.az-ın verdiyi xəbərə görə, hakim Teymur Qurbanovun sədrliyi ilə Miryusif Məmmədovun CM-nin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

İttiham aktına görə, bu il martın 9-da Bakı şəhər sakini Arzu Nəzərova Qaradağ RPİ 10-cu polis bölməsinə ərizə ilə müraciət edərək, göstərib ki, 2017-ci ilin martından cari ilin mart ayınadək tanışı Miryusif Məmmədovun onu şəkillərini sosial şəbəkələrdə yayacağı ilə hədələyib.

Bunun əvəzində şantaj yolu ilə hissə-hissə ondan 5140 manat və 4000 dollar alıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Miryusif Məmmədov saxlanılıb və barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

İstintaqın gedişatında məlum olub ki, Miryusif Məmmədov Arzu Nəzərova ilə sosial şəbəkədə tanış olub, aralarında yaxın münasibət yaranıb, bir-birlərinə intim şəkillərini göndəriblər.

Daha sonra görüntülü danışmağa başlayıblar, Miryusif Arzunun intim hərəkətlərini videoya çəkib və sonra onu şantaj edib.

Evli olan Nəzərova Məmmədova hissə-hissə pul verib. Axırıncı dəfə Miryusif yenə pul tələb etdikdə, zərərçəkmiş polisə şikayət edib.

S.Xankişiyeva

 

 

Paylaş:
692

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər