İbrahim Əhmədov: Soçidə imzalanan sənədlər SOCAR-ın Rusiya şirkətləri ilə birgə fəaliyyəti üçün yeni qapılar açır | 1news.az | Xəbərlər
İqtisadiyyat

İbrahim Əhmədov: Soçidə imzalanan sənədlər SOCAR-ın Rusiya şirkətləri ilə birgə fəaliyyəti üçün yeni qapılar açır

17:18 - 04 / 09 / 2018
İbrahim Əhmədov: Soçidə imzalanan sənədlər SOCAR-ın Rusiya şirkətləri ilə birgə fəaliyyəti üçün yeni qapılar açır

Ölkə başçısının Rusiyaya rəsmi səfəri zamanı sentyabrın 1-də Soçidə Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə iki ölkə arasında həm siyasi, həm də iqtisadi əlaqələrin gələcək inkişafı üçün müxtəlif sənədlər imzalandı.

Həmin sənədlər arasında yer alan SOCAR ilə “Rosneft” arasında “Qoşadaş” blokunun və Xəzər dənizi təkinin Azərbaycan hissəsində yerləşən Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsi haqqında Saziş, Dövlət Neft Şirkəti və “Rosneft” arasında Kontrakt, eləcə də SOCAR, “Qazprombank” və “Rusiya İxrac Mərkəzi” arasında Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Saziş SOCAR-ın Rusiya enerji şirkətləri və kommersiya təşkilatları ilə birgə fəaliyyəti üçün yeni qapılar açır.

1news.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

SOCAR rəsmisi qeyd edib ki, Dövlət Neft Şirkətinin “Rosneft”lə imzaladığı “Qoşadaş” blokunun və Abşeron yarımadasının dayazsulu şimal hissəsinin neft və qaz potensialının birgə öyrənilməsinə dair Sazişlə tərəflərin karbohidrogenlərin geoloji kəşfiyyatı, işlənməsi, hasilatı və satışı sahəsində əməkdaşlıq imkanlarını öyrənmək niyyəti təsbit olundu.

“SOCAR-la “Rosneft”in imzaladığı Kontrakt isə Dövlət Neft Şirkətinin Türkiyədəki “Star” neft emalı zavoduna (NEZ) Rusiya neftinin təchizatını nəzərdə tutur. Bildiyiniz kimi, Azərbaycan öz nefti ilə yanaşı, üçüncü tərəflərin neftini də alır və ya satır. Ötən ayın əvvəlindən “Star” neft emalı zavodunda sınaq məqsədilə xam neft emalına başlanılıb və NEZ-ə ilk xam neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı xam neft çatdırılıb. Lakin hamıya məlumdur ki, “Azeri Light” markalı neft hazırda ən baha neft növlərindəndir. Rusiya xam nefti isə ağır neft olmaqla nisbətən daha ucuzdur. Buna görə də Rusiya mənşəli neft “Star”da emal üçün məqbuldur və daha ucuz olduğuna görə əlavə mənfəət yaradır. Kontraktın şərtlərinə görə, bu ilin dekabr ayından etibarən bir il ərzində zavodun 1 milyon ton Rusiya xam nefti ilə təchiz olunması planlaşdırılır”, - deyə İ.Əhmədov əlavə edib.

O qeyd edib ki, SOCAR-ın “Qazprombank” və “Rusiya İxrac Mərkəzi” ilə imzaladığı Rusiyadan ixracın dəstəklənməsi sahəsində layihələrin birgə reallaşdırılması çərçivəsində strateji əməkdaşlıq haqqında Sazişin məqsədi Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələrin ehtiyaclarını qarşılamaq üçün Rusiya istehsalı olan avadanlıqların, habelə iş və xidmətlərin ixracına dəstək göstərilməsi sahəsində uzunmüddətli, səmərəli və əlverişli əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Sazişə görə, “Qazprombank” tərəfindən bank xidmətlərinin göstərilməsi, habelə istehsalat obyektlərinin modernləşdirilməsi və sənaye avadanlığının satın alınması istiqamətində SOCAR-ın həyata keçirdiyi cari və investisiya fəaliyyətinin potensial maliyyələşdirilməsi də nəzərdə tutulur. Bundan əlavə, Rusiya İxrac Mərkəzi sənəd çərçivəsində Rusiya istehsalı olan avadanlığın təchizatını, habelə rusiyalı podratçıların iş və xidmətlərini maliyyələşdirən Rusiyanın kommersiya banklarına sığorta təminatının təqdim edilməsini planlaşdırır, eləcə də bu ölkənin kommersiya bankları tərəfindən verilən kreditlərin faiz dərəcəsinin subsidiya edilməsi məsələsini araşdırmağa hazır olduğunu təsdiqləyir.

“Qazprombank” və SOCAR uzunmüddətli və strateji əməkdaşlıq qurub. Bu Saziş isə tərəflərin birgə maraqlarına əsaslanır. Bildiyiniz kimi, 2015-ci ildə “Qazprombank” “SOCAR Polymer” layihəsi üçün 10 illik müddətə təxminən 500 milyon ABŞ dolları həcmində kredit ayırıb. İki il öncə isə “Qazprombank” ilə “SOCAR Polymer” arasında əməkdaşlıq haqqında saziş də imzalanıb. Yüksək Sıxlıqlı Polietilen zavodu layihəsinin maliyyələşdirilməsini məhz “Qazprombank” həyata keçirib. Hazırda “Qazprombank” Rusiya İxrac Mərkəzinə dövlət dəstəyi proqramları çərçivəsində SOCAR GPC qaz-kimya kompleksi üçün Rusiya istehsalı olan məhsul təchizatını 700 milyon dollar həcmində maliyyələşdirilməsi imkanlarını araşdırır”,- deyə SOCAR rəsmisi qeyd edib.

1news.az

Paylaş:
3301

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər