Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb

15:48 - 05 / 09 / 2018
 Orta məktəb dərslikləri yeni məzmunda hazırlanıb

Yeni tədris ili üzrə 11-ci siniflər üçün dərsliklər yeni məzmunda hazırlanıb.

1news.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib.

Onun sözlərinə görə, 2, 3 və 7-ci siniflər üçün isə dərsliklərin məzmununa əsaslı dəyişikliklər edilib.

Qeyd edək ki, orta məktəblərin şagirdləri dərslikləri təhsil aldıqları ümumi təhsil müəssisəsindən əldə edə bilərlər. Proses sentybarın 3-dən başlayıb və hazırda davam edir.

Yeni tədris ilində dövlət ümumtəhsil müəssisələrinin I-XI sinifləri üçün 332 adda 6 726 029 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap edilib.

1news.az

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər