Maşindan külli miqdarda “Marlboro” və “Parliament” çıxdı

Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi “VAZ 211099” markalı avtomobil "Qırmızı Körpü"gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, avtomobilin salonunda - hər iki qabaq oturacağın içərisində və yük yerində xüsusi düzəldilmiş gizli saxlancda 2600 ədəd “Marlboro” və 1000 ədəd “Parliament” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
1news.az
422