Gəncədə qayınata və qayınana kürəkəni döyüb

Gəncə şəhərində döyülmə hadisəsi baş verib.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, 1980-ci il təvəllüdlü Gəncə şəhər sakini Fərmanov Səbuhi Sənani oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
S.Fərmanovun dediyinə görə, o, həyat yoldaşının valideynələri və qaynı tərəfindən döyülüb.
Faktla bağlı araşdırma aparılır.
S.Xankişiyeva
513