BANM Rusiyanın məşhur R-Pharm şirkətilə əməkdaşlığa başlayır | 1news.az | Xəbərlər
İqtisadiyyat

BANM Rusiyanın məşhur R-Pharm şirkətilə əməkdaşlığa başlayır

10:26 - 07 / 09 / 2018
BANM Rusiyanın məşhur R-Pharm şirkətilə əməkdaşlığa başlayır

Bakı Ali Neft Məktəbində (BANM) Rusiyanın R-Pharm yüksək texnoloji əczaçılıq şirkətinin nümayəndələri ilə görüş keçirilib.

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, Ali Məktəbin rektoru Elmar Qasımov şirkətin baş ofisi Moskvadan gəlmiş qonaqlar -  Kadr hazırlığı departamentinin rəhbəri Repkina Ekaterina, Daxili ünsiyyət və korporativ mədəniyyət departamentinin rəhbəri Teplova Mariya və şirkətin Azərbaycan nümayəndəliyinin İnsan resursları üzrə meneceri Kəmalə Bayramova ilə yeni  əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib.

Moskva Kadr hazırlığı departamentinin rəhbəri Repkina Ekaterina şirkət haqqıda məlumat verərək, əsasə 2001-ci il Moskvada qurulan R-Pharm şirkətinin 9 ölkədə 60-dan çox filial və 3600-dən artıq əməkdaşı olduğunu bildirin. O R-Pharm şirkətinin BANM-ın məzunları haqqında çox eşitdiyini və şirkətin tələbələrin xüsusi təlim proqramlarına, təcrübəyə və işə cəlb olunmasında maraqlı olduğunu bildirib. Xanım Ekaterina BANM-ın müxtəlif professor-müəllim kollektivini şirkətin müxtəlif ölkələrdə yerləşən laboratoriyaları və tədris proqramları ilə tanış olmağa dəvət edib.

Daxili ünsiyyət və korporativ mədəniyyət departamentinin rəhbəri Teplova Mariya R-Pharm şirkətinin xüsusilə kimyaçı və avtomatlaşdırma mühəndislərinə ehtiyyacı olduğunu vurğulayıb. Azərbaycan nümayəndəliyinin İnsan resursları üzrə meneceri Kəmalə Bayramova şirkətin Azərbaycanda yerləşən və cari ilin sonuna təhvil verilməsi nəzərdə tutulan zavodunun kimya sənayesi və avtomatlaşdırma prosesləri sahəsində bilikli və istedadlı kadrlarla təmin olunması nəzərdə tutulub. Məhz bu səbəbdən R-Pharm şirkəti BANM-ın tələbə və məzunları ilə görüşmək, onları şirkətin hazırladığı tədris proqramlarına və eyni zamanda təcrübəyə cəlb etmək, sonda isə iş təklifi etmək niyyətindədir. 

Rektor Elmar Qasımov R-Pharm şirkətinin təkliflərini müsbət qarşılayaraq onun nümayəndələrinə BANM-a olan maraq üçün təşəkkür edib. Əczaçılıq şirkətilə əməkdaşlığın Ali Məktəb üçün yeni bir sahə olduğunu bildirən rektor, BANM-ın Kimya mühəndisliyi kafedrası və Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə şirkətin əməkdaşlığının uğurlu olacağına inandığını bildirib.

Görüşdə həmçinin BANM və şirkətin əməkdaşlığı üçün memorandumun şərtləri, R-Pharm şirkətinin tələbələrlə görüşü və prezentasiyasının təşkil olunması kimi məsələlər müzakirə olunub.

S.Xankişiyeva

 

 

 

 

Paylaş:
453

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər