Şabranda balıqdan kütləvi zəhərlənmə, ikisinin vəziyyəti ağırdır – VİDEO   | 1news.az | Xəbərlər
Cəmiyyət

Şabranda balıqdan kütləvi zəhərlənmə, ikisinin vəziyyəti ağırdır – VİDEO  

12:23 - 07 / 09 / 2018
Şabranda balıqdan kütləvi zəhərlənmə, ikisinin vəziyyəti ağırdır – VİDEO  

Şabran rayonunda hisə verilmiş balığı yeyən vətəndaşlar kütləvi şəkildə zəhərləniblər.

Onlardan ikisinin vəziyyəti ağırdır.

1news.az-ın Xəzər TV-yə istinadla verdiyi xəbərə görə, Qida Təhlükəsizliyi Agentliyinə baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı məlumat daxil olub.

Agentliyin mütəxəssislərindən ibarət İşçi Qrup hadisənin araşdırılması və zəruri tədbirlərin görülməsi üçün Şabran rayonuna ezam olunublar.

Agentliyin direktor müavini Balarəhim Quliyev deyib ki, ilkin araşdırmalar zamanı zəhərlənmənin iki ayrı qrup arasında baş verdiyi məlum olub.

Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq əməkdaşlarının apardıqları araşdırma zamanı hisə verilmiş balıq məhsullarının Əkrəm Gülməmmədova məxsus fərdi yaşayış sahəsində kustar üsulla hazırlandığı məlum olub. Elə buna görə də həm mağazanın, həm də balıq məhsulunun hazırlandığı sahənin fəaliyyəti dayandırılıb.

Zəhərlənmiş beş nəfər əvvəlcə Şabran rayonu xəstəxanasına yerləşdiriliblər. Daha sonra onların vəziyyətinin ciddiliyi nəzərə alınaraq, Klinik Tibbi Mərkəzə köçürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

S.Xankişiyeva

Paylaş:
1467

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər