Azərbaycanın birinci xanımı Mehriban Əliyeva stil ikonası kimi – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva stil ikonası kimi – FOTO

14:35 - 10 / 09 / 2018
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva stil ikonası kimi – FOTO

Rusiyada Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı stil ikonası elan etdilər.

1news.az-ın verdiyi xəbərə görə, lady.mail.ru saytında Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva haqqında məqalə dərc edilib.

Müəlliflər birinci xanımı stil ikonası adlandırıblar və məşhur modelyerlərin ondan ilhamlandığını qeyd ediblər. Məsələn, Vyaçeslav Zaytsev deyirdi ki, Bakıda olduğu vaxt Azərbaycan prezidentinin xanımının stili onda böyük təəssürat doğurub:

“Ecazkar görünmək bacarığı, onun ünsiyyət tərzi – bütün bunlar gözəl uyğunlaşır və çox gözəl təəssürat doğurur. Sözün əsl mənasında ecazkar qadındır və səmimi şəkildə valeh oldum”.

Azərbaycanın birinci vitse-prezidenti geyimdə eleqant mülayimlik, sakit tonlara və səlis xətlərə üstünlük verir.

Məqalənin müəllifləri qeyd edirlər ki, birinci vitse-prezident, birinci xanım Qərbin “Giorgio Armani”, “Karl Lagerfeld” və “Ralph Lauren” kimi müasir və tanınmış modelyerlərin əl işlərini geyinsə də, öz ölkəsinin əsl vətənpərvəri kimi Azərbaycanın dizaynerlərini və modelyerlərini dəstəkləyir. Misal üçün, IV İslam Oyunlarının bağlanış mərasiminə modelyer Rüfət İsmayılın hazırladığı kostyumda gəlmişdi.

Mehriban xanımın bəzək əşyalarından çox istifadə etməkdən çəkinməsi müəlliflərin diqqətindən yayınmayıb. Sevimli aksessuarı kimi eynəyi göstəriblər və eynəklərini dəbdən, əhvalından və ya tədbirin mahiyyətindən asılı olduğunu vurğulayıblar.

Üstünlük verdiyi libas modeli futlyar-paltardır, ayaqqabı modeli isə platforma üzərində və qayıqşəkilli tuflilərdir.

Mehriban Əliyeva siyasətçilər, iş adamları, ictimai xadimlərlə görüşlərdə də parlaq görünməkdən çəkinmir. Rəsmi çıxışlarda qapalı uzun, ciddi görkəmli, eyni zamanda yumşaq rəng tonları olan paltarlar geyir.

Məqalədə azərbaycanlı rəssam-modelyer Fəxriyyə Xələfova Mehriban Əliyeva haqqında fikirləri də yer alıb:

“Onun bir çox missiyaları və maraqlı istiqamətləri var ki, onları həyata keçirir. Lakin mən birini də əlavə edərdim – O, gözəllik səfiridir”.

S.Xankişiyeva

 

Paylaş:
1681

Son xəbərlər

Bütün xəbərlər