Azərbaycana qarşı separatçılıq edən Fəxrəddin Abbasov həbs edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana qarşı separatçılıq edən Fəxrəddin Abbasov həbs edilib

16:12 - 10 / 09 / 2018
Azərbaycana qarşı separatçılıq edən Fəxrəddin Abbasov həbs edilib

Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında axtarışa verilmiş separatçı Fəxrəddin Abbasov Rusiyada həbs edib.

1news.az Rusiya mətbuatına istinadla xəbər verir ki,  o, Moskva vilayətinin Lyuberets rayonunda həbs olunub.

Onun barəsində Luberets şəhər məhkəməsi Azərbaycana təhvil verilməsi üçün bir aylıq həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, F. Abbasov Talış Milli Hərəkatı adlanan qondarma qurumun sədridir. O, hər zaman Azərbaycana qarşı separatçı çıxışlar edib, Ermənstanda dəfələrlə səfərdə olub, ölkəmizin ərazi bütövlüyünə qarşı da çıxışlar edib.

Separatçı "Talış-Muğan Respublikası" yaratmağa çalışmış Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun "parlamentinin spikeri" təyin edilib. 1994-cü ildə Azərbaycandan qaçıb və Rusiyaya sığınıb. 2014-cü ildə vətəndaşlıq almaq üçün Rusiyanın uyğun qurmlarına müraciət etsə də, buna nail ola bilməyib.

1news.az

 

Paylaş:
624

Son xəbərlər

Bütün xəbərlər