Ağac kəsintisi ilə bağlı toplanmış materiallar prokurorluğa göndərilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağac kəsintisi ilə bağlı toplanmış materiallar prokurorluğa göndərilib

17:41 - 18 / 09 / 2018
Ağac kəsintisi ilə bağlı toplanmış materiallar prokurorluğa göndərilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Şamaxı rayonunun ərazisində keçirilən reyd zamanı QAZ-52 markalı 06-BC-908 dövlət nömrə nişanlı avtomobilin yük yerində doğranmış ağac materialının daşınması faktı aşkarlanıb.

Araşdırma zamanı ağacların Şamaxı Rayon Mərkəzi Xəstəxanasının ərazisindən kəsildiyi məlum olub. Həmin əraziyə keçirilən baxış zamanı xəstəxananın həyətində yaşköküstə müxtəlif diametrli qovaq və yalanqoz ağacının kəsildiyi, dörd qovaq ağacının isə gövdə hissələrinin yandırıldığı faktı aşkarlanıb. Nəticədə təbiətə 3000 manat məbləğində ziyan dəydiyi müəyyənləşib.

Faktla bağlı xəstəxananın baş həkimi Səməd Fətəliyev barəsində akt tərtib olunub.

Dəymiş ziyan cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunauyğun tədbir görülməsi üçün Şamaxı Rayon Prokurorluğuna göndərilib.

1news.az

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər