Nazirlik reyd keçirdi, sexin icarədarı cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazirlik reyd keçirdi, sexin icarədarı cəzalandırıldı

17:21 - 21 / 09 / 2018
Nazirlik reyd keçirdi, sexin icarədarı cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu ərazisində növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, reyd zamaı rayonun Şollar kəndi ərazisində fəaliyyət göstərən ağac emalı sexində 10,82 m3 həcmində palıd, ağcaqayın, qovaq  cinsli girdə işlik və çəkilmiş taxta materialı aşkar olunub.

Faktla bağlı sexin icarədarı Tacəddin Məsimov barəsində akt tərtib olunub və 1946,58 manat məbləğində ziyan tətbiq edilib.

1news.az

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər