Bu məhsulların satışına qadağa qoyuldu – SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu məhsulların satışına qadağa qoyuldu – SİYAHI

14:50 - 24 / 09 / 2018
Bu məhsulların satışına qadağa qoyuldu – SİYAHI

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bəzi şirniyyat məhsullarının satışına qadağa qoyulması ilə bağlı məlumatlara aydınlıq gətirib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə  AQTA-dan bildirilib ki, sentyabrın 22-dən etibarən yalnız sınaq nümunələri normalara cavab verməyən partiyaya aid olan "Ozmo", "Eti", "Puf", "Popkek limon", "Popkek banan", "Şölen", "Tutku", "Oqopoqo", "Monte Lemo" şirniyyatları, "Banduel" (yaşıl noxud) qida məhsullarının satışı qadağan olunub və dərhal aidiyyəti şirkət tərəfindən həmin partiyaya aid olan məhsullar satış şəbəkələrindən geri çağırılıb.

“Hazırda satış şəbəkələrindən yığışdırılmış həmin məhsullar müvafiq anbarlarda saxlanılır və araşdırma üzrə əlavə tədbirlər həyata keçirilməkdədir. Vətəndaşların nəzərinə çatdırırıq ki, bu məhsullar müxtəlif partiyalarla ölkəyə xaricdən davamlı olaraq idxal olunur və idxal olunan qida məhsullarının hər bir partiyası qida təhlükəsizliyi baxımından ekspertizalara cəlb olunur”, - AQTA-dan bildirilib.

S.Xankişiyeva

 

Paylaş:
757

Son xəbərlər

Bütün xəbərlər