Həkimlərin növbəti səhlənkarlığı: uşağa başqa qan köçürülüb – VİDEO

Təəssüflər olsun ki, həkim səhlənkarlığı ilə tez-tez rastlaşırıq.
İki həftə öncə sosial bloqer Saleh Nəsirov sosial şəbəkə hesabında 10 yaşlı Tələt Əlizadə ilə bağlı baş vermiş hadisəni paylaşıb:
“Əvvəlcə uşaq Qan Köçürməsi Mərkəzinə yerləşdirilib. Burada ona 4 müsbət qan köçürülüb. Lakin uşağın halı pisləşib. Və Tələt Mərkəzi Kliniki xəstəxanaya yerləşdirilib. Bu xəstəxanada da ona 4+ qan köçürülməkdə davam edilib. Bu zaman uşağın vəziyyəti kritik həddə çatıb. Bundan sonra Tələt Talassemiya Mərkəzinə yerləşdirilib. Bu zaman analiz edilərək uşağın qan qrupunun başqa qrupa aid olduğu müəyyənləşir: müsbət üç!
Bu cür savadsız və məsuliyyətsiz “həkimlərin” səhvinə görə insanlar şikəst qalır, bəziləri isə hətta ölür. Düşünürəm ki, bu cür “həkimlərə” qarşı cinayət işi açılmalıdır!”
Sevindirici haldır ki, Tələtlə bağlı insident yaxşı sonluqla bitdi. Bütün bu müddətdə bir çox tanınmışlar, həmçinin onun sinif yoldaşları Tələt üçün ruhlandırıcı videolar çəkib. Yaxın zamanlarda Talassemiya Mərkəzində müalicə alan Tələt tamamilə sağalaraq evə buraxılıb.
S.Xankişiyeva