Bakıda selə düşən şəxsi “Gelandewagen”in sürücüsü belə xilas etdi – VİDEO

Bazar günü Bakıda yağan güclü yağış küçədə olan insanları əməlli-başlı çətin vəziyyətdə qoyub. Elə aşağıdakı videoda lentə alınan oğlan kimi.
1news.az xəbər verir ki, sakinlərin biri tərəfindən qeydə alınan videodan görünür ki, keçənin ortasında olan bir nəfər yaxınlıqdakı ağacın yanına gedir ki, sel onu aparmasın. Bu zaman “Mercedes Gelandewagen” markalı qara rəngli maşının sürücüsü ona yaxınlaşır və həmin gənc çətinliklə də ola maşına minərək selə düşməkdən xilas olur.
Göründüyü kimi, insanlıq bahalı və ya ucuz maşın sürməklə, var-dövlətlə ölçülmür. “Gelandewagen”in sürücüsü öz xeyirxah əməli ilə bunu bir daha sübut etdi.
Həmin kadrları təqdim edirik:
Babək Cahandarov
2000