Azərbaycanda hicab geyinmək istəməyən qadın intihar etmək istədi

Tovuz rayonunda baş verən intihar cəhdi ilə bağlı yeni faktlar məlum olub.
1news.az-ın məlumatına görə, hadisə rayonda yerləşən parkların birinin yaxınlığındakı körpüdə qeydə alınıb.
Gənc qız özünü körpünün üzərindən atmaq istəyib. Lakin polis tərəfindən hadisənin qarşısı alınıb.
İlkin məlumatlara görə, Qovlar şəhər sakini, 1998-ci il təvəllüdlü Novruzova Gülay Sadiq qızı həyat yoldaşının Rusiyaya getməsini istəməyib. Bu səbəbdən ailədaxili münaqişə yaranıb və gənc qadın intihara cəhd edib.
Lakin aparılan araşdırma zamanı qadının intihar cəhdinin başqa səbəblə əlaqəli olduğu üzə çıxıb. Belə ki, Tovuz rayon Polis İdarəsindən 1news.az-a bildiriblər ki, toydan sonra Gülay Novruzovanın həyat yoldaşı qazanc məqsədlə Rusiyaya getmək istəyib. Qayınatası və qayınanası isə bundan sonra onun hicab taxmalı olduğunu və çölə ancaq onlarla çıxa biləcəyini söyləyiblər. Bununla razılaşmayan gəlin isə çarəni intihar etməkdə görüb.
Faktla bağlı araşdırma davam edir.
1news.az