Qaradağda evdən 7050 manatlıq qızıl oğurlayan şəxs saxlanılıb

Qaradağ rayonunda evlərdən birindən 7 050 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
1news.az xəbər verir ki, hadisə ilə bağlı polisə daxil olan məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
Tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən F. Fərəcov müəyyən edilərək saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisindəki digər evlərdən də elektrik kabelləri oğurladığı məlum olub.
Faktlarla bağlı araşdırma aparılır.
46











