Naxçıvanda deputat qəzaya düşüb, 1 nəfər ölüb, 2-si xəsarət alıb

Gecə saatlarında Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.
1news.az xəbər verir ki, Naxçıvan Muxtar Respublika Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu reanimasiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Zeynalov Təbriz Eyvaz oğlunun müalicəsi isə neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşənlərin hər üçü qazidir.











