Neft Fondu dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Neft Fondu dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib

12:56 - 11 / 10 / 2018
Neft Fondu dünyanın ən nüfuzlu 100 investoru siyahısına daxil edilib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) dünyanın ən nüfuzlu 100 investoru siyahısında ilk onluğa düşüb. 

1news.az-a Fonddan verilən xəbərə görə, seçimdə 2018-ci il dövlət vəsaitlərinin idarə olunması üzrə tətbiq edilən innovasiyalar, xüsusi proqramlar, maliyyələşdirmə mexanizmləri, gəlirlilik göstəriciləri kimi kriteriyalar əsas götürülüb.

“ARDNF Suveren Fondlar İnstitutunun “Public Investor 100” reytinqində 10-cu yerdə qərarlaşıb. Siyahıya mövcud şəraitdə vəsaitlərin idarə edilməsində fərqlənən dünyanın böyük suveren fondları, pensiya fondları, ianə fondları, mərkəzi bankları və s. təşkilatlar arasından seçilmiş ən nüfuzlu investorlar daxil edilib”, - məlumatda deyilir.

Qeyd edək ki, 2018-ci il iyunun 30-na ARDNF-in aktivləri 38 mlrd. 36,06 mln. dollar, investisiya portfeli 37 mlrd. 770,43 min dollar təşkil edib.

2018-ci ilin birinci yarısı ərzində fondun investisiya portfelinin 76,4%-i istiqrazlarda və pul bazarı alətlərində, 14,1%-i səhmlərdə, 6%-i daşınmaz əmlakda, 3,5%-i qızılda yerləşdirilib.

S.Xankişiyeva

 

Paylaş:
859

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər