Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir – FOTO

12:00 - 23 / 10 / 2018
Kapital Bank ənənəvi SIBOS sərgisində iştirak edir – FOTO

Kapital Bank 22-25 oktyabr tarixlərində Sidneydə keçirilən ənənəvi SIBOS – 2018 Beynəlxalq Sərgisində, həmçinin Amerika Beynəlxalq Bankçılıq Assosiasiyasının (BAFT) yığıncağında iştirak edir.

Əvvəlki illərdən fərqli olaraq bu il, Kapital Bank, PASHA Bank ilə birgə eyni stenddə təmsil olunur. Sərgiyə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb.

Hər il olduğu kimi bu dəfə də nüfuzlu tədbirlərdə, dünyanın 200-dən artıq ölkəsinin iri bankları və maliyyə institutları təmsil olunurlar. Bu il SIBOS konfransında müzakirə olunan mövzular əsasən 4 əsas istiqaməti əhatə edir: süni intellekt və robotlaşdırma vasitəsilə biznes modelin yenilənməsi, maliyyə cinayətlərini həll etmək üçün yeni paradiqmalar və texnologiyalar, rəqəmsal iqtisadiyyatda genişlənən kiber təhlükəsizlik problemləri və yeni geosiyasi vəziyyətlərə uyğunlaşma.

“Bu ilki tədbirin sessiyaları, seminarları “Rəqəmsal iqtisadiyyatın aktivləşdirilməsi” mövzusu çərçivəsində təşkil olunub. Mütəxəssislər  maliyyə sektorunda baş verən dəyişikliklər, müasir texnologiyalar, kiber təhlükəsizlik, süni intellekt və digər məsələlər ətrafında müzakirələr edirlər. Biz də Kapital Bank olaraq proqram çərçivəsində bizə ayrılan sessiyada layihələrimiz barədə dünyanın müxtəlif ölkələrindən gələn tədbir iştirakçılarına məlumat verdik. Rəqəmsal bankçılığa keçid dönəmində bu cür görüşlərdə iştirak, gələcək fəaliyyətimizə öz töhfəsini verəcək”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.

Qeyd edək ki, Kapital Bank BAFT-ın 10-cu Qlobal Şuraların Forumunda da (Global Councils Forum) iştirak edib. Bu forum bazar təcrübələrinin formalaşmasına, sənayedə yeni imkanların inkişaf etdirilməsinə, habelə qlobal maliyyə sisteminin təhlükəsizliyi və etibarlılığına dair təlimlərin təmin olunmasına həsr olunub.

Həmçinin SWIFT-ın nümayəndələri ilə də görüş keçirən Kapital Bank nümayəndələri, gələcək əməkdaşlığın genişləndirilməsi barədə ətraflı müzakirələr aparıb. Səfər çərçivəsində Kapital Bank-ın İdarə Heyəti sədrinin müavini, Baş İnformasiya İnzibatçısı Nahid Zeynalov, SWIFT-in Azərbaycan üzrə koordinatoru olaraq,  illik yığıncaqda çıxış edib. Məlumat üçün bildirək ki, Kapital Bank həm Azərbaycanda, həm də regionda SWIFT gpi xidmətinə qoşulan yeganə bankdır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 95 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Reklam hüququnda

 

Paylaş:
660

Son xəbərlər

DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30
Bütün xəbərlər