Səfir: Azərbaycan - Avstriya əlaqələrinin inkişafında yeni istiqamətlər ola bilər | 1news.az | Xəbərlər
Siyasət

Səfir: Azərbaycan - Avstriya əlaqələrinin inkişafında yeni istiqamətlər ola bilər

09:21 - 25 / 10 / 2018
Səfir: Azərbaycan - Avstriya əlaqələrinin inkişafında yeni istiqamətlər ola bilər

Bakıda Avstriyanın Milli Günü münasibətilə rəsmi qəbul təşkil edilib.

1news.az xəbər verir ki, qəbulda dövlət rəsmiləri, Milli Məclisin deputatları, diplomatlar, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Avstriyanın Azərbaycandakı səfiri Axel Vex ölkəsinin ötən müddət ərzində keçdiyi inkişaf yolundan danışıb.

Azərbaycanla münasibətlərin səviyyəsinə toxunan diplomat deyib: “Biz iki ölkə arasında mədəni, siyasi və iqtisadi sahələrdə əlaqələrin inkişafına şahid olduq. Hətta 2016-2017-ci illərdə iqtisadi çətinlik müşahidə ediləndə, əksər Avstriya şirkətləri ölkədə qaldı və fəaliyyətlərini davam etdirdi. Bu onu göstərir ki, Azərbaycanda fəaliyyətimiz davamlıdır və uzunmüddətli plana əsaslanır. Siyasi baxımdan isə 2017-ci ildə Avstriyanın ATƏT-ə sədrliyi mühüm əhəmiyyətə malik idi".

A.Vex əlavə edib ki, Azərbaycanla Avstriya əlaqələrinin inkişafında yeni istiqamətlər ola bilər. Ölkəmizdə diplomatik missiyasını başa çatdırmaqda olan Vex qeyd edib ki, yeni səfir bu istiqamətdə əlaqələri daha da inkişaf etdirmək üçün işləyəcək.

Milli Məclis sədrinin müavini Bahar Muradova münasibətilə dövlət başçısı İlham Əliyevin adından Avstriya xalqını təbrik edib, sülh və əmin-amanlıq arzularını çatdırıb. O deyib ki, Avstriya Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdəndir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli əlaqələr uğurla inkişaf edir. Azərbaycanda 60-dan çox Avstriya şirkəti fəaliyyət göstərir və bu da iqtisadi əməkdaşlığın genişlənməsindən xəbər verir. Əlaqələrimizin dərinləşməsində yüksək səviyyəli qarşılıqlı səfərlər önəmli rol oynayır. Münasibətlərimizin yaxşı perspektivləri var.

Bahar Muradova ölkələrimizin parlamentləri arasında əlaqələrin inkişafından da danışıb.

P.Sultanova

 

Paylaş:
411

Son xəbərlər

2-ci Azərbaycan-Özbəkistan Regionlararası Forumu keçirilib21 / 05 / 2024, 18:33“Qarabağın Rəngləri” layihəsinin təqdimatı keçirildi, əsərlərin satışından 90.200 manat QDF-ə ianə edildi - FOTO21 / 05 / 2024, 17:55Mayın 24-dən bağçalara növbələrin yaradılması müvəqqəti dayandırılacaq21 / 05 / 2024, 17:51Bakıda narkokuryerdən 7 kq marixuana götürülüb21 / 05 / 2024, 17:45İxtisas imtahanlarında iştirak etmək üçün ödənişin məbləği müəyyən edilib21 / 05 / 2024, 17:36Üç rayonda kömür quyuları aşkarlanıb, səkkiz nəfər cəzalandırılıb21 / 05 / 2024, 17:32“Azərişıq” abonentlərə müraciət edib21 / 05 / 2024, 17:20ADSEA-nın fəaliyyət istiqamətləri üzrə müvafiq işlərin görülməsi üçün alınması tələb olunmayan icazələrin siyahısı təsdiqlənib21 / 05 / 2024, 17:14Bu gün Xalq rəssamı Tahir Salahovun anım günüdür21 / 05 / 2024, 17:06Ceyhun Bayramov Əli Bağeri ilə Azərbaycanın İrandakı səfirliyinin bərpası istiqamətində görülən tədbirləri müzakirə edib21 / 05 / 2024, 16:53Nizami rayonu ərazisində motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib21 / 05 / 2024, 16:46Mayın 5-də keçirilən imtahanların nəticələri açıqlanıb21 / 05 / 2024, 16:36Şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ - YENİLƏNİB21 / 05 / 2024, 16:25Tərtərdə heyvan otaran şəxs minaya düşərək ölüb21 / 05 / 2024, 16:12Ceyhun Bayramov İran XİN rəhbəri vəzifəsini icra edən Əli Bağeri ilə telefonla danışıb21 / 05 / 2024, 16:04Tovuzda evdə yanğın olub21 / 05 / 2024, 15:38Hitrou hava limanı AZAL-a həsr olunmuş paylaşım edib21 / 05 / 2024, 15:37Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb21 / 05 / 2024, 15:18Bakıda Hindistan vətəndaşlarını ABŞ-yə aparmaq adı ilə aldadan pakistanlı saxlanılıb21 / 05 / 2024, 15:01Ağstafada davranış qaydalarını pozan məktəb direktoru işdən çıxarılıb21 / 05 / 2024, 14:49
Bütün xəbərlər