Putin: VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir | 1news.az | Xəbərlər
Siyasət

Putin: VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir

12:32 - 25 / 10 / 2018
Putin: VI Bakı Beynəlxalq Humanitar Forumunun mövzusu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir

“Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forumu müasir cəmiyyət üçün çox əhəmiyyətlidir.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putinin tədbirin rəsmi açılış mərasimində səsləndirilmiş müraciətində deyilir.

Müraciətdə tədris və maarif sistemlərinin təkmilləşdirilməsi, mədəniyyət və incəsənətin dəstəklənməsi, informasiya təhlükəsizliyinin və əqli mülkiyyətin qorunması ilə bağlı aktual məsələlər üzrə hərtərəfli müzakirələrin vacibliyi vurğulanıb.

Rusiya Prezidenti əmin olduğunu bildirib ki, forum iştirakçıları peşəkar təcrübələrini bölüşəcək və səmərəli beynəlxalq əməkdaşlığın yeni perspektivli forma və istiqamətlərini müəyyənləşdirəcək.

Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb. Hazırda Forum işini davam etdirir.

S.Xankişiyeva

 

Paylaş:
493

Son xəbərlər

QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01Qarabağ Universitetinə rektor təyin edilib20 / 05 / 2024, 16:56Aksiz markasız külli miqdarda siqaretlər aşkar edilib20 / 05 / 2024, 16:51Lisey və gimnaziyalara qeydiyyat başlayıb20 / 05 / 2024, 16:37Muxtar Babayev Latviya Seyminin sədri ilə COP29-a hazırlığı müzakirə edib20 / 05 / 2024, 16:20Direktor müavini: Böyük Qayıdış məktəbliləri Qarabağ Universitetində oxumaq arzusundadırlar20 / 05 / 2024, 16:12Növbəti “Ehtiyat zabit hazırlığı” kursu başa çatıb - VİDEO20 / 05 / 2024, 15:36İlham Əliyev: Regionda sülh üçün tarixi imkanlar yaranıb20 / 05 / 2024, 15:23Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİB20 / 05 / 2024, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilib20 / 05 / 2024, 14:55Xankəndiyə prokuror təyin edilib20 / 05 / 2024, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTO20 / 05 / 2024, 14:51
Bütün xəbərlər