Hikmət Hacıyev: İşğal olunmuş ərazilərdə erməni qoşunlarının mövcudluğu göstərir ki, Ermənistan cavabdeh tərəfdir | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: İşğal olunmuş ərazilərdə erməni qoşunlarının mövcudluğu göstərir ki, Ermənistan cavabdeh tərəfdir

12:55 - 25 / 10 / 2018
Hikmət Hacıyev: İşğal olunmuş ərazilərdə erməni qoşunlarının mövcudluğu göstərir ki, Ermənistan cavabdeh tərəfdir

Azərbaycanla Ermənistan arasında operativ əlaqə dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində qurulmayıb.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

O qeyd edib ki, əlaqə daha aşağı səviyyədə qurulub və müvafiq çərçivələrdə operativ hallarda istifadə olunur:

“Ermənistan və Azərbaycan münaqişə tərəfləridir və münaqişənin həlli üçün danışıqlar aparır. Ona görə də bu təmaslar normaldır”.

H.Hacıyev, həmçinin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın separatçı rejimin münaqişənin nizamlanması ilə bağlı danışıqlarda iştirakı barədə açıqlamasını şərh edib:

“Bu, qəbulolunmaz yanaşmadır və münaqişənin həllinə xidmət etmir. Əksinə bu, gərginliyi daha da artıran addımdır. Münaqişənin cavabdeh tərəfi Ermənistandır, çünki bu ölkə güc tətbiq edərək torpaqlarımızı işğal edib. Azərbaycanın işğal olunmuş ərazilərində erməni qoşunlarının mövcudluğu onu göstərir ki, Ermənistan cavabdeh tərəfdir. Ona görə də Ermənistan məsuliyyətdən yayına bilməz. Ermənistan qoşunlarını işğal olunmuş ərazilərimizdən çıxarmalıdır. Bu cür zərərli ritorika dövlət başçılarının Düşənbədə keçirdiyi söhbətin ruhuna ziddir”.

S.Xankişiyeva

 

Paylaş:
318

Son xəbərlər

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 10:11“EFES - 2024” çoxmillətli təlimində Azərbaycan hərbçiləri növbəti tapşırıqları icra edib - VİDEOBu gün, 10:04ASUS Zenbook 14 OLED: Estetika və texnologiyalar eyni cihazda - FOTOBu gün, 10:00Kəmaləddin Heydərov İranın daxili işlər nazirinə başsağlığı veribBu gün, 09:45Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 09:31AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Neftçalada narkokuryer saxlanılıbBu gün, 09:19Bu gün Bakının 4 rayonunda qaz olmayacaqBu gün, 09:14Dolu düşüb, 3 dərəcəyədək şaxta olub - Faktiki HAVABu gün, 09:08Üç rayonda oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblarBu gün, 09:04Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:00QHT rəhbərləri İranın Azərbaycandakı səfirliyinin binası önünə gül dəstələri düzüb - FOTO20 / 05 / 2024, 19:42Rəhman Hacıyev: “Qarabağın Rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir - FOTO - VİDEO20 / 05 / 2024, 19:18Notariusların fəaliyyəti ilə bağlı yeni tələblər müəyyənləşib20 / 05 / 2024, 18:05“Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə dəyişikliklər təsdiqlənib20 / 05 / 2024, 17:49“Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edilib, ƏƏSMN-ə yeni səlahiyyət verilib20 / 05 / 2024, 17:45Ağdamda Qarabağ Dirçəliş Fondunun maliyyə dəstəyi ilə20 / 05 / 2024, 17:34Mərkəzi Bank yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxıb20 / 05 / 2024, 17:25Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb20 / 05 / 2024, 17:04Qarabağ Universitetinin rektoru təyin edilən Şahin Bayramov kimdir? - DOSYE20 / 05 / 2024, 17:01
Bütün xəbərlər