Laura Süleyman: Humanitar Forum problemlərin həllinin müzakirə edilməsi üçün mühüm platformadır | 1news.az | Xəbərlər
Siyasət

Laura Süleyman: Humanitar Forum problemlərin həllinin müzakirə edilməsi üçün mühüm platformadır

15:06 - 26 / 10 / 2018
Laura Süleyman: Humanitar Forum problemlərin həllinin müzakirə edilməsi üçün mühüm platformadır

Bakı Beynəlxalq Humanitar Forumu bütün dünya üçün böyük əhəmiyyət daşıyır. Altıncı dəfədir keçirilən Forumda humanitar sahə üzrə müxtəlif əhəmiyyətli mövzular müzakirə edilir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Humanitar Forumda iştirak edən Livanın NNA agentliyinin direktoru xanım Laura Süleyman söyləyib. Onun sözlərinə görə, Humanitar Forumun əhəmiyyəti ondan ibarətdir ki, burada media ilə bağlı mühüm məsələlərin müzakirəsi də diqqət mərkəzində olur. Dünyanı yalnız humanizm qoruya və xilas edə bilər. Bu Forum problemlərin həllinin, inkişafın yollarının müzakirə edilməsi üçün mühüm platformadır.

Azərbaycanda humanitar əməkdaşlığa dair bir sıra tədbirlərin keçirildiyini deyən qonaq Humanitar Forumda iştirakından məmnunluğunu bildirib. O, Forumun AZƏRTAC tərəfindən təşkil edilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” mövzusunda işçi sessiyasında cəmiyyətin yanlış məlumatlandırılmasının ağır fəsadları, bunun dünyada sülh və sabitlik üçün yaratdığı təhlükələr barədə müzakirələrin aparılacağını söyləyib. Xanım Laura Süleyman müasir dövrdə belə mövzulara diqqət yetirilməsinin önəmini vurğulayıb.

1news.az

Paylaş:
339

Son xəbərlər

Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblərBu gün, 13:49Audiovizual Şuranın, MEDİA Agentliyinin və AzərTAC-ın rəhbərləri Mərakeş Krallığında işgüzar səfərdədir - FOTOBu gün, 13:42“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!Bu gün, 12:55Sabahın hava proqnozuBu gün, 12:40Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 12:36
Bütün xəbərlər