Prezident Administrasiyasında “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Administrasiyasında “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb

21:29 - 27 / 10 / 2018
Prezident Administrasiyasında “Elektron sənəd dövriyyəsi sistemi” yaradılıb

Prezident İlham Əliyev Dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması tədbirləri haqqında fərman imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, fərmanda deyilir:

“Dövlət orqanlarında (qurumlarında) qabaqcıl informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması və rəqəmsal idarəçiliyin tətbiq edilməsi dövlət siyasətinin prioritetlərindən biridir və bu sahədə mühüm nailiyyətlər əldə edilmişdir. Bununla belə, həyata keçirilən tədbirlərin daha yüksək səviyyədə davam etdirilməsi və rəqəmsal hökumətə keçid prosesinin sürətləndirilməsi zəruridir.

Dövlət orqanlarında (qurumlarında) rəqəmsal idarəçiliyin inkişafı, daxili idarəetmə proseslərinin (kargüzarlığın aparılması, sənədlərin icrasına nəzarət, arxiv, kadrların idarə olunması, maliyyə-uçot və mühasibat, təchizat və təminat) optimallaşdırılması və elektronlaşdırılması, bu sahədə çevik və effektiv idarəetmənin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1.Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında kargüzarlığın aparılması işinin səmərəli təşkili üçün “Elektron sənəd dövriyyəsi sistemi” yaradılsın.

2.Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi əsasında yaradılan “Elektron sənəd dövriyyəsi sistemi”nin sahibi funksiyasını Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, maddi-texniki təminatını, işlək vəziyyətdə olmasını (operator funksiyasını) və təhlükəsizliyinin təmin edilməsini Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirir.

3.Azərbaycan Respublikası Prezidentinin Administrasiyası:

3.1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında 2019-cu il aprelin 1-dək “Elektron sənəd dövriyyəsi sistemi”nin proqram təminatının hazırlanmasını və tətbiqini təmin etsin;

3.2. idarələrarası elektron sənəd dövriyyəsi sisteminin səmərəli fəaliyyəti üçün zəruri tədbirlər görülməsini təmin etsin;

3.3. Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 sentyabr tarixli 692 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”da dəyişikliklər edilməsinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.5. dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin elektronlaşdırılması sahəsində qabaqcıl beynəlxalq təcrübənin Azərbaycanda tətbiqinin təmin edilməsi və müvafiq normativ hüquqi aktların təkmilləşdirilməsi məqsədilə mütəmadi olaraq təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4.Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi:

4.1. bu Fərmanın 3.1-ci bəndindən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etsin;

4.2. “Elektron sənəd dövriyyəsi sistemi”nin proqram təminatına texniki dəstəyi və onun mütəmadi təkmilləşdirilməsinin həyata keçirilməsini təmin etsin.

5.Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 2020-ci il dekabrın 31-dək:

5.1. Elektron Hökumət İnformasiya Sistemi infrastrukturunda mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi altsisteminin yaradılmasını və təhlükəsizlik tələblərinə (Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırmaqla) cavab verməklə, həmin altsistemin idarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyasını təmin etsin;

5.2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən mərkəzləşdirilmiş qaydada elektronlaşdırılmasını və tətbiqini təmin etsin.

6.Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər 2020-ci il dekabrın 31-dək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təklifləri əsasında elektron sənəd dövriyyəsi altsisteminə qoşulmanı, elektron sənəd dövriyyəsi sistemi mövcud olduğu təqdirdə isə inteqrasiyanı təmin etsinlər.

7.Bu Fərmanın 6-cı hissəsində nəzərdə tutulan orqanlardan (qurumlardan) başqa, idarələrarası elektron sənəd dövriyyəsi sisteminin digər iştirakçılarına tövsiyə edilsin ki, daxili idarəetmə sistemlərinin elektronlaşdırılmasını, bu sistemlərin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzində saxlanılmasını və daxili sənəd dövriyyəsi sistemlərinin idarələrarası elektron sənəd dövriyyəsi sisteminə inteqrasiyasını təmin etsinlər.

8.Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

8.1. bu Fərmanın 5-ci və 6-cı hissələrinə əsasən yaradılan daxili idarəetmə proseslərinin elektron sistemlərinin istifadəçiləri üçün elektron imza və Data Mərkəzindən istifadə ilə bağlı tariflərin, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ilə razılaşdırmaqla təsdiq olunmasını təmin etsin;

8.2. bu Fərmanın 5-ci və 6-cı hissələrində göstərilən daxili idarəetmə proseslərinin elektron sistemlərinin Data Mərkəzində saxlanılmasının təşkili üçün tədbirlər görsün.

9.Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti bu Fərmanda göstərilən elektron sistemlərin mühafizə olunan rabitə kanallarına çıxışını təmin etsin.

10.Azərbaycan Respublikasının Nazirlər Kabineti:

10.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

10.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

10.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

10.4. bu Fərmanda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təmin etsin;

10.5. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

11.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

12.Bu Fərman dövlət sirri təşkil edən məlumatların dövriyyəsinə şamil olunmur”.

President.az

Paylaş:
471

Son xəbərlər

Mədəniyyət Nazirliyində Dövlət Pantomima Teatrının kollektivi ilə görüş keçirilib - FOTOBu gün, 17:45DYP Cavanşir körpüsü üzərində hərəkətin məhdudlaşdırılması barədə müraciət edibBu gün, 17:25Aprelin 21-dəki buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 17:08Kamran Əliyev Düşənbədə ikitərəfli görüşlər keçiribBu gün, 16:53Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 16:41Azərbaycan XİN Norveçi Konstitusiya Günü münasibətilə təbrik edibBu gün, 16:34Magistraturaya qəbulun yekun nəticələri açıqlanıbBu gün, 16:12Əlahiddə Ümumqoşun Orduda bütün növ silah və texnikalara mövsümə uyğun texniki qulluq göstərilirBu gün, 15:59Yağıntılı hava şəraiti nə vaxta kimi davam edəcək? - XƏBƏRDARLIQBu gün, 15:42Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransıBu gün, 15:36Əbdürrəhim bəy Haqverdiyevin doğum günüdürBu gün, 15:19Gəncədə avtomobil qaçıran şəxs saxlanılıbBu gün, 14:58Baş Qərargah rəisi artilleriya bölmələrinin taktiki təlimini izləyib - FOTOBu gün, 14:41İlham Əliyev və Aleksandr Lukaşenko Cıdır düzündə olublarBu gün, 14:23Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublarBu gün, 14:20USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edirBu gün, 14:17İlham Əliyev qazaxıstanlı həmkarına zəng edibBu gün, 14:15Prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilibBu gün, 14:01Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxış keçirilibBu gün, 13:52Azərbaycan və Belarus prezidentləri Şuşada işğal dövründə gülləbaran edilmiş heykəllərə baxıblarBu gün, 13:51
Bütün xəbərlər