Prezident İlham Əliyev Şəki şəhərinə səfərə gəlib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Şəki şəhərinə səfərə gəlib

09:53 - 29 / 10 / 2018
Prezident İlham Əliyev Şəki şəhərinə səfərə gəlib

Oktyabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəki şəhərinə səfərə gəliblər.

1news.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin Şəki şəhərindəki abidəsi önünə gül dəstələri qoydular.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov rayonda görülən işlər haqqında dövlətimizin başçısına və birinci xanıma məlumat verdi.

Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

1news.az

Paylaş:
859

Son xəbərlər

Bütün xəbərlər