Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

12:30 - 30 / 10 / 2018
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Braziliya Federativ Respublikasının yeni seçilmiş Prezidenti Jair Bolsonaruya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Bolsonaru, Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Braziliya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Braziliya xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

1news.az

Paylaş:
365

Son xəbərlər

Bütün xəbərlər