XİN belçikalı parlamentarinin Qarabağa qanunsuz səfərini araşdırır | 1news.az | Xəbərlər
Siyasət

XİN belçikalı parlamentarinin Qarabağa qanunsuz səfərini araşdırır

17:29 - 31 / 10 / 2018
 XİN belçikalı parlamentarinin Qarabağa qanunsuz səfərini araşdırır

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belçika parlamentinin üzvünün işğal olunmuş ərazilərimizə qanunsuz səfərini araşdırır.

1news.az xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, hazırda Belçikadan qanunsuz səfər edənlər araşdırılır:

"Qanunsuz səfərə görə onların adlarının "arzuolunmaz şəxslərin siyahısı"na daxil edilməsinə dair qərar qəbul ediləcək".

Xatırladaq ki, ötən gün Belçika Federal Parlamentinin üzvü, İslahatçılar Hərəkatı Partiyasının beynəlxalq əlaqələr üzrə sədri Jan Jak Flao və onun müavini Culi Szmay Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfər ediblər.

1news.az

 

Paylaş:
392

Son xəbərlər

Bütün xəbərlər