Paşinyandan sülh prosesinə növbəti zərbə - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Paşinyandan sülh prosesinə növbəti zərbə - FOTO

10:44 - 05 / 11 / 2018
Paşinyandan sülh prosesinə növbəti zərbə - FOTO

Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan növbəti dəfə beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisinə qanunsuz səfər edib.

1news.az erməni mətbuatına istinadla xəbər verir ki, Paşinyan təmas xəttində olub və burada öz “ənənəsinə sadiq qalaraq” erməni hərbçilərlə çəkdirdiyi selfini Facebook səhifəsində paylaşıb.

Bu, Paşinyanın Dağlıq Qarabağa ilk səfəri deyil. Belə ki, o, baş nazir seçildikdən dərhal sonra, mayın 8-də Qarabağa qanunsuz səfər etdi. Bunun ardınca dəfələrlə Qarabağda olub.

Paşinyan həmsədrlər regionu tərk etdikdən dərhal sonra Dağlıq Qarabağa gedib. Bu isə bir daha rəsmi İrəvanın sülh prosesindən uzaq olduğunu, bu kimi addımlarla münaqişənin nizamlanmasına zərər vurduğunu aydın şəkildə göstərir.

 

Paylaş:
634

Son xəbərlər

Bütün xəbərlər