Azərbaycanın və Ermənistanın Müdafiə nazirlikləri arasında hər hansı rabitə və ya digər əlaqə mövcud deyil | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanın və Ermənistanın Müdafiə nazirlikləri arasında hər hansı rabitə və ya digər əlaqə mövcud deyil

17:31 - 06 / 11 / 2018
Azərbaycanın və Ermənistanın Müdafiə nazirlikləri arasında hər hansı rabitə və ya digər əlaqə mövcud deyil

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Ermənistanın Müdafiə Nazirliyi arasında rabitə və ya hər hansı digər əlaqə mövcud deyil.

1news.az-ın verdiyi xəbərə görə, bunu Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonayanın açıqlaması ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildiriblər.

Açıqlamada bildirilib ki, Düşənbədəki danışıqlara əsasən, cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və həmin məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil.

S.Xankişiyeva

 

 

Paylaş:
459

Son xəbərlər

Bütün xəbərlər