Aİ-Azərbaycan danışıqlarının növbəti mərhələsinin vaxtı açıqlanıb

Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsinin cari ilin dekabr ayında keçirilməsi planlaşdırılır.
Bu barədə 1news.az-a Aİ-dəki mənbədən məlumat verilib. Hazırda tərəflər danışıqların dəqiq tarixini müəyyən edirlər.
Danışıqların Bakıda keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, yeni saziş üzrə sonuncu müzakirələr bu il 2-3 oktyabr tarixlərində Brüsseldə baş tutub. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev rəhbərlik edib.
P.Sultanova
192