XİN: ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların Azərbaycana təsiri araşdırılır

İran Azərbaycana yaxın qonşu ölkədir və bir çox sahələrdə mühüm tərəfdaşımızdır. Eyni zamanda, Azərbaycanla ABŞ arasında mövcud olan çoxşaxəli münasibətlər bizim üçün əhəmiyyət kəsb edir.
1news.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların qüvvəyə minməsi ilə bağlı Azərbaycanın mövqeyi, həmçinin sanksiyaların Azərbaycan iqtisadiyyatına təsirini şərh edərkən bildirib.
O deyib: “Bu xüsusda, ABŞ tərəfindən İrana qarşı tətbiq edilən sanksiyalar və onların mümkün təsir və nəticələri ekspertlərimiz tərəfindən ətraflı şəkildə araşdırılır”.
1news.az
502