Fikrət Sadıxov: Ümid edək ki, Ermənistanın hazırki rəhbərliyi əvvəlki rejimin səhvlərini təkrarlamayacaq

Erməni xalqı əvvəlki hökuməti devirdi. Çünki ölkə sosial-iqtisadi problemlərlə, kütləvi miqrasiya ilə qarşılaşdı, bütün regional layihələrdən kənarda qalaraq hazırda faktiki olaraq xarici siyasət durğunluğu vəziyyətindədir.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıxov Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonunda ictimaiyyət və incəsənət xadimləri ilə görüşü zamanı “Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır” fikirlərini şərh edərkən bildirib.
Politoloqun sözlərinə görə, Ermənistanda əvvəlki rejiminin asan dəyişməsinin səbəbi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi oldu:
“Nikol Paşinyan hakimiyyətə əvvəlki hökumətə ittihamlar dalğasında fonunda gəldi. İndi o bunları təkrar edərsə, Paşinyanı da Serj Sarkisyanın taleyi gözləyir”.
Politoloq vurğulayıb ki, Ermənistanın hazırda qarşılaşdığı dalanın əksi olaraq, Azərbaycan inkişf edir, genişmiqyaslı layihələr həyata keçirir, hərbi potensialını gücləndirir:
“Aprel döyüşləri Azərbaycan rəhbərliyi və xalqının gücünü və qüdrətini nümayiş etdirərək, işğal olunmuş ərazilərin azad olunmasına hazırlığı da göstərdi”.
F.Sadıxov qeyd edib ki, əgər ermənilər regionda stabillik, öz inkişafları istəyirlərsə, o zaman Azərbaycana münasibətdə yeni prioritetlər, dəqiq siyasi xətlər seçməlidirlər:
“Ümid edək ki, Parlament seçkilərindən sonra yeni hökumət əvvəlkinin səhvlərini nəzərə alacaq, bundan düzgün nəticələr çıxaracaq. Məntiqcə, əgər ermənilər əvvəlki hökuməti səhvlərinə görə deviribsə, deməli yenidən buna yol verməməlidirlər. Əks halda, onların taleyi əvvəlkindən fərqlənməyəcək”.
Tərcümə: S.Xankişiyeva