Bakıya gələn qadın aeroportda həbs edildi: xaricə qız daşıyırmış – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıya gələn qadın aeroportda həbs edildi: xaricə qız daşıyırmış – FOTO

11:42 - 07 / 11 / 2018
Bakıya gələn qadın aeroportda həbs edildi: xaricə qız daşıyırmış – FOTO

Daha bir qadın insan alverinə görə saxlanılıb.

1news.az-ın Azxeber.com-a istinadən verdiyi xəbərə görə, insan alverinə görə uzun illərdir axtarışda olan 1970-ci il təvəllüdlü Quliyev Gülbəniz Fəxrəddin qızı xaricdən Bakıya gələrkən İnsan Alverinə qarşı mübarizə idarəsinin əməkdaşları tərəfindən Bakı aeroportunda saxlanılıb.

O, xarici ölkərə qadın alveri etdiyi üçün axtarışda olub.

Məhkəmənin qərarı ilə haqqında həbs qətiimkan tədbiri seçilib.

Qeyd edək ki, Quliyeva Gülbəniz Fəxrəddin qızı – 11.07.1970-ci ildə Bakı şəhərində anadan olub. Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilmişdir.

1news.az

Paylaş:
1484

Son xəbərlər

Bütün xəbərlər