Novxanıda 2 balıqçını xilas etmək üçün əməliyyata başlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Novxanıda 2 balıqçını xilas etmək üçün əməliyyata başlandı

14:10 - 08 / 11 / 2018
Novxanıda 2 balıqçını xilas etmək üçün əməliyyata başlandı

Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçı təhlükə ilə üzləşib.

Bu barədə 1news.az-a Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, bu gün saat 12:44 radələrində Novxanı qəsəbəsində taxta qayıqla dənizə çıxan 2 balıqçının təhlükə ilə üzləşməsi barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologilayalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə məlumat daxil olub.

Məlumatda bildirilib ki, sahildən 10 km məsafədə qayığın hərəkətvericisi xarab olduğundan su axını balıqçılar olan qayığı açıq dənizə doğru aparır. Milli Mərkəz tərəfindən dərhal hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb.

Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Bakinskaya – 3” gəmisi kömək üçün hadisə yerinə yönəldilib. Hazırda Milli Mərkəz tərəfindən xilasetmə əməliyyatlarının koodinasiyası həyata keçirlir.

1news.az

Paylaş:
568

Son xəbərlər

Bütün xəbərlər