Nardaranda “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi istifadəyə veriləcək

Gələn il Bakının Nardaran qəsəbəsində “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi istifadəyə veriləcək.
1news.az xəbər verir ki, bu barədə jurnalistlərə “ABAD”ın direktoru Rüfət Elçiyev məlumat verib: “Bu ilin oktyabr ayının 29-da Şəkidə “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi açılıb. Belə bir mərkəz Nardaranda da açılacaq”.
R.Elçiyev əlavə edib ki, artıq iki ildir ki, fəaliyyət göstərən “ABAD”-ın üzvlərinin sayı 315-ə çatıb. Onlardan 45-i kənd təsərrüfatı istehsalı ilə, 270-i isə dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olur.
Ümumiyyətlə isə, “ABAD” bütün sahibkarlara dəstək olmağa hər zaman hazırdır. Bura təkcə kənd təsərrüfatı, sənətkarlıq deyil, digər sahələr də daxildir.
P.Sultanova
1198