Elmira Axundova: Ermənistanın hazırkı rəhbərliyi öz siyasətində gözlənilməz və qeyri-peşəkardır

Dövlət başçısı Ermənistanın yeni rəhbərliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə biabırçı münasibətinə son gücü ilə dözür.
Bu haqda 1news.az-a Milli Məclisin deputatı Elmira Axundova Azərbaycan Prezidenti İlham Əliyevin Ağdam rayonunda ictimaiyyət və incəsənət xadimləri ilə görüşü zamanı “Ermənistanın yeni rəhbərliyi əvvəlki kriminal rejimin səhvlərini təkrarlamamalıdır” fikirlərini şərh edərkən bildirib.
Onun sözlərinə görə, Ermənistanın yeni rəhbərliyi münaqişənin nizamlanması məsələsində tamamilə bacarıqsızdır, danışıq prosesini təxirə salmaq üçün hər şey edir:
“Bu rəhbərliklə hər hansı razılığın əldə olunması ilə bağlı çox bədbin proqnozlarım var. Ermənistanın hazırkı rəhbərliyi öz siyasətində gözlənilməz və qeyri-peşəkardır”.
“Yüksək mədəniyyətə və yüksək peşəkarlığa malik, regionun lideri, öz soydaşlarının həyatını qorumaq və sülhə nail olmaq üçün, qan tökülməsin deyə onun səviyyəsinə uyğun olmayan bu cür siyasətçilərlə danışıqlar masasına əyləşən Prezidentimizə görə bir insan kimi məyus oluram”, - deyə o, bildirib.
E.Axundova qeyd edib ki, Ermənistanda hakimiyyətinə gəlmiş, ola bilsin ki, Levon Ter-Petrosyandan başqa, bütün bu insanlar qeyri-peşəkardılar:
“Onlar baş verənlərin mahiyyətini başa düşmədilər və hələ də başa düşmürlər. Onlar hər iki xalqı qərq etdikləri faciəni bütün dərinliyinə qədər anlamırlar. İnadkarlıq edirlər, özlərini göstərmək istəyirlər, nəticədə isə məğlub olan da, itirən də onların xalqı olur. Günü-gündən zənginləşən və güclənən, bütün dünyada çoxlu sayda tərəfdaşlara sahib, genişmiqyaslı regional layihələr həyata keçirən Azərbaycanla müqayisə Ermənistan nəyə nail olub?
Ermənistan bütün regional layihələrdən təcrid olunub. 1995-ci ildə bir erməni diplomatın mənə söylədiyi kimi, Ermənistanın gələcək nəsli genişmiqyaslı boruların ölkə ərazisindən keçmədiyinə görə onları bağışlamayacaq”, - deyə o, bildirib.
E.Axundova qeyd edib ki, Ermənistanın istər indiki, istərsə də keçmiş rəhbərliyi kompromislərə getməyərək, eləcə də beynəlxalq ictimaiyyətin, Minsk qrupunun və Azərbaycanın məqbul təkliflərindən imtina etməklə çox böyük səhv etdi.
1news.az