Şüvəlandakı “Cırtdan” istirahət və sağlamlıq mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Şüvəlandakı “Cırtdan” istirahət və sağlamlıq mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib - FOTO

00:26 - 08 / 11 / 2018
Şüvəlandakı “Cırtdan” istirahət və sağlamlıq mərkəzi yenidənqurmadan sonra istifadəyə verilib - FOTO

Noyabrın 7-də Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzinin yenidənqurmadan sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak ediblər.

Mərkəzin binası 1986-cı ildə inşa edilib və uşaq düşərgəsi olub. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə burada yenidənqurma işləri aparılıb. Bundan sonra bu məkan “Cırtdan” Respublika Uşaq-Gənclər İstirahət və Sağlamlıq Mərkəzi kimi fəaliyyət göstərəcək.

Birinci vitse-prezident Mehriban Əliyeva istirahət və sağlamlıq mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzdə yaradılan şəraitlə tanışlıq zamanı Birinci vitse-prezident Mehriban Əliyevaya burada aparılmış yenidənqurma, təmir-bərpa və abadlıq işləri barədə ətraflı məlumat verildi.

Qeyd edildi ki, uşaq və yeniyetmələr üçün maraqlı dizaynla qurulan düşərgənin binasında yenidənqurma işləri nəticəsində uşaqların daha rahat qalmaları, onların maraqlı, faydalı və əyləncəli vaxt keçirmələri üçün hər cür şərait yaradılıb. Bu məkan uşaqların sosiallaşması, asudə vaxtlarının təşkili, düşüncə tərzinin, məntiqinin inkişaf etdirilməsi üçün mühüm funksiya daşıyacaq. Mərkəzin həyətində əsaslı abadlaşdırma işləri aparılıb, yaşayış kompleksi və yeməkxana tamamilə yenilənib, yeni akvapark, parkur, yoqa və idman meydançaları, qaçış zolağı, kitabxana, akt zalı, yay səhnəsi, əyləncə zonası və s. inşa edilib. Təhlükəsizlik məqsədilə videomüşahidə sistemi qurulub. Uşaqlar üçün daha bir yenilik isə burada “Radio Cırtdan”ın fəaliyyət göstərməsi olacaq.

Sovet dövründə düşərgə kimi fəaliyyət göstərən bu məkanda çoxlu sayda uşaq və yeniyetmə hər il öz istirahətini maraqlı keçirirdi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da düşərgə fəaliyyətini davam etdirib. Hər il 1500 nəfərə yaxın uşaq və gənc bu mərkəzdə istirahət edir. Mərkəzdə aztəminatlı ailələrə və sağlamlıq imkanları məhdud olan yeniyetmələrə xüsusi diqqət göstərilir. Düşərgənin dəniz yaxınlığında yerləşməsi isə uşaqların yay aylarında istirahətini çimərlikdə keçirməsinə də imkan yaradır.

1news.az

Paylaş:
1107

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər