Azərbaycan UEFA reytinqində irəlilədi – SİYAHI | 1news.az | Xəbərlər
Futbol

Azərbaycan UEFA reytinqində irəlilədi – SİYAHI

16:32 - 09 / 11 / 2018
Azərbaycan UEFA reytinqində irəlilədi – SİYAHI

Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunlarından sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, aktivindəki xallarının sayını 19,000-ə çatdıraraq bir pillə irəliləyən Azərbaycan 26-cı pilləyə yüksəlib.

Bu, "Qarabağ"ın IV turda Ukraynada "Vorskla" üzərində 1:0 hesablı qələbəsi sayəsində mümkün olub.

Aktivinə 0,500 xal əlavə edən Azərbaycan 26-cı pillədə yer alsa da, daha yuxarı pilləyə də irəliləmək imkanına malikdir. 19,250 xalla 25-ci yerdə qərarlaşan Polşanın avrokuboklarda təmsilçisi qalmayıb.

Bu isə o deməkdir ki, "Qarabağ" bu mövsüm Avropa Liqasının qrup mərhələsində növbəti xallarını qazana bilsə, bu ölkəni də geridə qoyacaq.

1news.az

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər