Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları – FOTO – VİDEO

14:36 - 12 / 11 / 2018
Azərbaycan ordusunda komanda-qərargah hərb oyunları – FOTO – VİDEO

Azərbaycan ordusunun 2018-ci ilin hazırlıq planına əsasən, noyabrın 12-də komanda-qərargah hərb oyunları (KQHO) başlayıb.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Döyüş əməliyyatlarında idarəetmə orqanlarının qarşılıqlı fəaliyyət səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsi məqsədilə keçirilən hərb oyunlarına strateji, əməliyyat, əməliyyat-taktiki və taktiki idarəetmə orqanları, qoşun növləri və qismləri, eləcə də, xüsusi təyinatlı qüvvələr cəlb edilib.

KQHO-da kosmik texnologiyaların tətbiqi ilə qoşunların fasiləsiz idarə edilməsini təmin etmək üçün məlumatların sürətli ötürülməsi, əməliyyat şəraitinə uyğun dərhal qərarların qəbul edilməsi və digər vərdişlər icra olunacaq.

S.Xankişiyeva

 

 

Paylaş:
440

Son xəbərlər

Bütün xəbərlər