PSJ-nin futbolçusu topla operatoru vurdu
Fransa çempionatının “Monako” – PSJ görüşündə maraqlı hadisə baş verib.
1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, PSJ-nin müdafiəçisi Presnel Kimpembenin zərbəsi oyunu çəkən operatorun başına dəyib.
Hətta zərbə elə qüvvətli olub ki, operatorun papağı və eynəyi düşüb. Dərhal klub həkimləri operatora yaxınlaşıblar. Xoşbəxtlikdən operatorun ciddi zədəsinin olmadığı müəyyənləşib.
Oyundan sonra Fransa millisi ilə dünya çempionu olmuş Prensel Kimpembe operatora yaxınlaşaraq baş verən hadisəyə görə üzr istədiyini bildirib.
S.Xankişiyeva
516