“Mastercard” Azərbaycan istifadəçilərinə “Disneyland”ə səyahət qazanmaq şansı təqdim edir | 1news.az | Xəbərlər
İqtisadiyyat

“Mastercard” Azərbaycan istifadəçilərinə “Disneyland”ə səyahət qazanmaq şansı təqdim edir

16:00 - 14 / 11 / 2018
“Mastercard” Azərbaycan istifadəçilərinə “Disneyland”ə səyahət qazanmaq şansı təqdim edir

Qlobal ödəniş texnologiyaları lideri sayılan “Mastercard” şirkəti Azərbaycanda kart sahiblərinə Parisin sehirli “Disneyland” əyləncə parkına ailəvi səyahət qazanmaq şansı verən möhtəşəm kampaniyaya start verib.

“Mastercard” bu yeni kampaniyası ilə hər ailəyə arzusunu həyata keçirmə imkanı verir. “Priceless Specials” proqramına daxil olan satış və xidmət nöqtələrində “Mastercard” kartları ilə alış-veriş edən hər kəs  “Disneyland Paris”ə ailəvi səyahət şansı qazanacaq. Bundan başqa, kapmaniyanın digər 5 qalibi “iPhone X” əldə edəcək.

“Biz “Mastercard” olaraq hər zaman ailə ilə keçirilən vaxta böyük önəm vermişik. Bu gün də istehlakçılara “Disneyland Paris”ə ailəvi səyahət şansı qazandıran belə bir qiymətsiz imkan təqdim etməkdən böyük məmnuniyyət duyuruq. Eyni zamanda, bu kampaniya bizim Azərbaycan bazarında istehlakçılar qarşısında uzunmüddətli öhdəliyimizi də nümayiş etdirir”, - deyə “Mastercard” şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar bildirib.

Qeyd edək ki, mükafat olaraq müəyyən edilmiş səyahət paketinə möhtəşəm vaxt keçirmək üçün lazımi hər şey daxildir: aviabiletlər, “Disney” hotelində dörd nəfərədək (2 böyük və 2 uşaq) 2 gecə/3 gün yerləşmə, hər iki parka giriş biletləri, VİP sürətli keçidlər, yemək, içki və alış-veriş üçün 820 avro dəyərində kuponlar.

Kampaniyada www.mastercard.az saytında qeyd olunan “Priceless Specials” proqramına daxil olan partnyorlar siyahısındakı satış və xidmət nöqtələrində “Mastercard” və ya “Maestro” kartları ilə ən azı 1 manat məbləğində ödəniş edən müştərilər iştirak edir. Kampaniya 30 noyabr 2018-ci il tarixinədək davam edəcək.

“Mastercard” haqqında:

“Mastercard” (NYSE: MA) www.mastercard.com – qlobal ödəmə sistemləri sahəsində çalışan texnologiya şirkətidir. Şirkət 210 ölkədə istifadəçi, maliyyə institutları, ticarət təşkilatları, dövlət və biznes strukturlarını birləşdirən dünyanın ən çevik ödəmələr emalını idarə edir. “Mastercard”ın məhsul və həlləri alış-veriş, səyahət, biznes və maliyyə idarətməsi kimi gündəlik məsələləri daha rahat, təhlükəsiz və effektiv şəkildə həll etməyə imkan yaradır. Şirkətlə bağlı yenilikləri “Twitter”də @MasterCardNews izləyib, “Beyond the Transaction Blog” bloqunda müzakirələrə qoşulub və “Engagement Bureau” xəbərlərinə yazıla bilərsiniz.

Reklam hüququnda

 

 

 

 

Paylaş:
628

Son xəbərlər

Mingəçevirdə məktəbə Milli Qəhrəman Natiq Qasımovun adı verilibBu gün, 12:10Əli Əsədov Gürcüstanın Baş nazirinə məktub göndəribBu gün, 12:02ƏMAS-da yenilik: Məhkumluq haqqında arayış artıq elektron sistemdəBu gün, 11:54Bakı Hərbi Məhkəməsinə üç hakim ezam olunub - ADLARBu gün, 11:47Nazirlik: 5 avarlı qayığın fəaliyyətinə qadağa qoyulubBu gün, 11:39Azərbaycanda daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilibBu gün, 11:17Milli Məclisin iclası başlayıb - 15 məsələ müzakirə olunacaqBu gün, 11:05Mastercard “Bakı Taksi Xidməti”, ABB və APAR ilə birgə dayanıqlı şəhər mobilliyini təkmilləşdirir - FOTOBu gün, 11:01“AzInTelecom” yeni “AzInCloud” platformasını istifadəyə veribBu gün, 10:57Bakıda 27 yaşlı oğlan ögey anasını öldürməkdə şübhəli bilinirBu gün, 10:55Elektrikli avtobusun yolda enerjisi bitib? - AÇIQLAMABu gün, 10:428 Noyabr prospektində quraşdırılan avtomobil və piyada svetoforlarının sayı açıqlanıbBu gün, 10:36Azərbaycanda 4 universitet akkreditasiya edilib - ADLARBu gün, 10:30Azərbaycan nefti cüzi bahalaşıbBu gün, 10:28Əlilliyi olan 33 min uşağa reabilitasiya xidmətləri göstərilibBu gün, 10:13Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıbBu gün, 10:11Ötən gün cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıbBu gün, 10:00Əmtəə bazarlarında qızılın və gümüşün qiyməti artıbBu gün, 09:57Mirasda məcburi payın həcmi necə müəyyən edilməlidir? – Ali Məhkəmədən yeni qərarBu gün, 09:47Bakıda daha bir yerüstü piyada keçidinin inşası yekunlaşmaq üzrədir - FOTOBu gün, 09:42
Bütün xəbərlər