Daha iki ölkə Azərbaycanda səfirlik açır | 1news.az | Xəbərlər
Siyasət

Daha iki ölkə Azərbaycanda səfirlik açır

15:00 - 15 / 11 / 2018
Daha iki ölkə Azərbaycanda səfirlik açır

Slovakiya və Çili ölkələrimiz arasında əməkdaşlığın və dostluğun daha da genişləndirilməsi məqsədilə yaxın vaxtlarda Azərbaycanda səfirlik statusunda diplomatik nümayəndəliklərini açmaq niyyətində olduqlarını bildiriblər.

Belə ki, Azərbaycan Respublikasına rəsmi səfər zamanı Slovakiya Respublikasının baş naziri Peter Pelleqrini ölkəsinin Azərbaycanda tezliklə səfirlik açacağını söyləyib. Avropa İttifaqı, xüsusilə onun üzvləri ilə əməkdaşlıq əlaqələrinin inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Artıq ona yaxın Aİ üzv ölkəsi ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Bu xüsusda, Aİ üzv ölkəsi olan Slovakiyanın ölkəmizdə diplomatik missiyasını təsis etməsi qərarı Azərbaycana göstərilən diqqətin və marağın bariz nümunəsidir. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanın Slovakiyada səfirliyi yoxdur.

Çili Respublikasının Xarici İşlər Nazirliyi isə 2018-ci ilin 14 noyabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə müraciət edərək, iki ölkə arasında münasibətlərin inkişafına verilən önəmin göstəricisi olaraq ölkəmizdə yaxın vaxtlarda Çili Səfirliyinin açılacağını bəyan edib.

Yalnız son həftə ərzində iki dövlətin Azərbaycanda diplomatik nümayəndəliyini təsis etmək qərarı ölkəmizin dövlət başçısının rəhbərliyi altında aparılan uğurlu xarici siyasəti nəticəsində artan nüfuzundan xəbər verir.

Beynəlxalq əlaqələrinin coğrafiyasını davamlı şəkildə genişləndirən ölkəmiz bu gün istər ikitərəfli, istərsə də çoxtərəfli formatlarda qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərini inkişaf etdirir və dünya  dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir.

Qeyd edək ki, ölkəmiz erməni diasporunun güclü olduğu Latın Amerikası ölkələri ilə münasibətlərinin inkişafına xüsusi önəm verir. Azərbaycanın sözügedən regionun 7 ölkəsində diplomatik nümayəndəliyi fəaliyyət göstərir. Müvafiq olaraq bu gün Latın Amerikasının bir çox ölkələrinin, o cümlədən Argentina, Braziliya, Meksika, Peru, Kosta-Rika, Venesuela və Kubanın Azərbaycanda diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Mütəmadi olaraq sözügedən region ilə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlər həyata keçirilir.

Nəzərinizə çatdıraq ki, Azərbaycanda iqamətgahı Bakıda olmaqla 65 ölkənin səfirliyi, 20 beynəlxalq təşkilatın nümayəndəliyi və 12 fəxri konsulluq akkreditasiya olunub. Bunların içərisində 25 səfirlik Avropa ölkələrinə məxsusdur. Həmçinin, ölkəmizdə 4 Baş konsulluq fəaliyyət göstərir. Son olaraq Portuqaliya, Venesuela, Peru və Kosta-Rikanın Azərbaycanda səfirlikləri açılıb. Azərbaycanın 70 səfirliyi və diplomatik ofisi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 9 baş konsulluğu və 10-dan artıq fəxri konsulluğu fəaliyyət göstərir.

1news.az

Paylaş:
562

Son xəbərlər

İqtisadiyyat naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb - FOTO14 / 06 / 2024, 19:11“Qarabağ gecəsi” xeyriyyə konsertinə bilet alın, doğma Qarabağın bərpasına dəstək olun14 / 06 / 2024, 19:10DİN: Ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalır14 / 06 / 2024, 17:48COP29 Könüllülərinin iştirakı ilə sahilyanı təmizlik aksiyası təşkil edilib - FOTO14 / 06 / 2024, 17:45Azərbaycan və Serbiya müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər - VİDEO14 / 06 / 2024, 17:38Azərbaycan və Banqladeş XİN-ləri arasında siyasi məsləhətləşmələr olub14 / 06 / 2024, 17:27Dövlət Proqramı çərçivəsində sənəd qəbulunun müddəti uzadılıb14 / 06 / 2024, 17:08“Azərxalça” ASC və Aydan Salahova ortaq layihəyə - “Qadın” triptix xalçasına imza atdılar - FOTO14 / 06 / 2024, 17:05Tərtərdə həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib14 / 06 / 2024, 16:40“PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır14 / 06 / 2024, 16:30Rəhman Hacıyev əcnəbi diplomatlara Qarabağda aparılan bərpa və quruculuq işləri barədə məlumat verib - FOTO14 / 06 / 2024, 15:43“Bakı Gəmiqayırma Zavodu” ASCO üçün iki tanker və üç ədəd dalğıc gəmi inşa edəcək14 / 06 / 2024, 15:36Azərbaycanda bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək14 / 06 / 2024, 15:02Metronun “28 May” stansiyasının və Dəmir yol vağzalının qarşısındakı meydan təmirdən sonra belə olacaq - FOTO14 / 06 / 2024, 14:36Azad olunan ərazilərdə qurban kəsimi və satışı məntəqələri müəyyənləşib - SİYAHI14 / 06 / 2024, 14:22İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib14 / 06 / 2024, 14:20MMF2024-ün ilk gününün (online) spikerləri bəlli oldu!14 / 06 / 2024, 14:17Baş Prokurorluq: Naxçıvanda hərbiçimizin ölümü ilə bağlı cinayət işinin istintaqı davam edir14 / 06 / 2024, 13:30Zakir Həsənov Çinin hərbi nümayəndə heyəti ilə görüşüb - VİDEO14 / 06 / 2024, 13:28Kür çayına növbəti dəfə balıq körpələri buraxılıb14 / 06 / 2024, 13:19
Bütün xəbərlər