Millimizin Kosovo sınağı: son və həlledici oyun | 1news.az | Xəbərlər
Futbol

Millimizin Kosovo sınağı: son və həlledici oyun

16:22 - 20 / 11 / 2018
Millimizin Kosovo sınağı: son və həlledici oyun

Bu gün Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçiriləcək.

1news.az-ın məlumatına görə, D liqasında mübarizə aparan milli komandasmız da son oyununa çıxacaq. 

Qurban Qurbanovun komandası  səfərdə lider Kosovo ilə üz-üzə gələcək. Bunadək keçirdiyi 5 görüşdə məğlub olmayan yığmaların dueli maraqla gözlənilir.

Fadil Vokrri  stadionunda baş tutacaq qarşılaşma millimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a yüksəlmək üçün mütləq liderə qalib gəlməlidir.

Bundan əlavə, Priştinada əldə edilən istənilən hesablı qələbə yığmamızı Avro-2020-nin final mərhələsinə bir addım yaxınlaşdıracaq. Çünki Avropa çempionatına seçmə mərhələ vasitəsilə vəsiqə qazana bilməyən, lakin Millətlər Liqasında yüksək yer tutan komandalar 2020-ci ilin martında son 4 vəsiqə uğrunda mübarizə aparacaq.

Onu da bildirək ki, CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq Kosovo – Azərbaycan oyununu Fransadan olan hakimlər briqadası idarə edəcək:

20 noyabr

D Liqası

23:45. Kosovo – Azərbaycan

Baş hakim: Benua Millot (Fransa)

Baş hakimin köməkçiləri: Mehdi Rahmouni, Bertrand Jouannaud

Dördüncü hakim: Benjamin Pages

Əlavə köməkçi hakimlər: Frank Schnieder, Karim Abed

Priştina. Fadil Vokrri stadionu

23:45. Malta – Farer adaları

1.

Kosovo

5

3

2

0

11:2

11

2.

Azərbaycan

5

2

3

0

7:2

9

3.

Farer adaları

5

1

1

3

4:9

4

4.

Malta

5

0

2

3

4:13

2

 

1news.az

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər