Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək | 1news.az | Xəbərlər
Siyasət

Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək

09:39 - 20 / 11 / 2018
Zakir Həsənov Türkiyə və Gürcüstan SQ Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək

Noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia ilə görüş keçirəcək.

1news.az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata əsasən, görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional sabitliyin, o cümlədən bölgədə həyata keçirilən layihələrin təhlükəsizliyinin təmin olunması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.

S.Xankişiyeva

Paylaş:
582

Son xəbərlər

Bütün xəbərlər