Səfir: Azərbaycanla turizm sahəsində əməkdaşlığın inkişafına ümid edirik

Yaponiya ilə Azərbaycan arasında energetika sahəsi başda olmaqla bir sıra sahələrdə əlaqələr dərinləşir, inkişaf edir.
1news.az xəbər verir ki, bunu Yaponiyanın Azərbaycandakı səfiri Tereyuku Katori jurnalistlərə deyib.
Diplomat tərəflər arasında kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığın dərinləşdirilməsi üçün addımlar atılacağına ümid etdiyini deyib:
"Ölkələrimiz arasında ticarət əlaqələri surətlə inkişaf edir. İllik ticarət dövriyyəsi təxminən 1 milyard dollar təşkil edir. Azərbaycandan Yaponiyaya neft və kənd təsərrüfatı məhsullarının ixracı həyata keçirilir".
O bildirib ki, bu il Yaponiyanın xarici işlər naziri 19 illik fasilədən sonra Bakıya rəsmi səfər etdi və bir sıra yüksək səviyyəli görüşlər keçirdi: "Yaponiyada yeni imperatorun hakimiyyətə gəlişindən sonra Azərbaycanla əlaqələrin daha da inkişaf edəcəyinə əminik".
P.Sultanova